10 İyul 2014 14:59
1 047
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, ÜTT və digər mötəbər beynəlxalq qurumların son hesabat və proqnozları göstərir ki, bəzi tendensiyalar istisna olmaqla, dünya iqtisadiyyatı artıq 2008-ci ilin qlobal maliyyə-iqtisadi böhranının təsirindən qurtulmaqdadır”.

Teleqraf.com-un məlumatına görə, bu sözləri İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, deputat Əli Məsimli deyib.

Onun sözlərinə görə, 2012-2013-cü illərdə dünya iqtisadiyyatının orta illik artım tempi 2,5 faiz olmuşdusa, 2014-cü ildə-3,2 faiz, 2015-ci ildə-3,4 faiz, 2016-cı ildə isə 3,5 faiz səviyyəsində gözlənilir:

“Amma bu artımda lokomotiv rolunu inkişaf etməkdə olan ölkələr oynayacaqdır. Belə ki, bu il inkişaf etmiş ölkələrdə cəmi 2,2 faiz, inkişaf etməkdə olan ölkələrdə isə 5,3 faiz, yəni inkişaf etmiş ölkələrdəkindən 2, 4 dəfə yüksək artım tempi gözlənilir. Bu il Çində yenə də 7,3 faiz səviyyəsində yüksək artım olacaq. MDB ölkələrində isə də orta illik artım tempi inkişaf etmiş ölkələrdəki səviyyədə, yəni 2,2 faiz gözlənilir. Ukraynada 5 faizə qədər enmə ola bilər.Rusiyada iqtisadi artım 0,5-1 faiz arasında (bəzi proqnozlara görə isə ümumiyyətlə artım olmayacaq) gözlənilir”.

Ə.Məsimli qeyd edib ki, Dünya Bankının proqnozlarına əsasən 2014-cü ildə Azərbaycanda 5,2 faiz artım olacaq: “Bu, Azərbaycan hökumətinin rəsmi proqnozları ilə üst-üstə düşür. Deməli, bu il Azərbaycanda iqtisadi artım dünyanın orta artım tempini 1,6 dəfə, MDB-nin orta artım tempini 2,4 dəfə üstələyəcək və inkişaf etməkdə olan ölkələrin orta illik artım tempinə yaxın olacaq və yalnız Çinin artım tempindən geri qalacaqdır”.

Nərgiz


Müəllif: