Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında strateji tərəfdaşlığa dair danışıqların növbəti mərhələsi yaxın həftələrdə başlayacaq.
Teleqraf.com APA-ya istinadla xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bildirib.
Onun sözlərinə görə, görüş çox güman ki, Azərbaycanda keçiriləcək: "Hazırda ekspertlərimiz görüşə hazırlıq görür".
Malena Mard Dağlıq Qarabağ münaqişəsindən də danışıb: "Dağlıq Qarabağ münaqişəsini həlli ilə bağlı Avropa İttifaqının mövqeyi dəyişməzdir və bu mövqe hamıya məlumdur".
O bidirib ki, Dağlıq Qarabağla bağlı "status-kvo" qəbuledilməzdir: "Biz münaqişənin həlli ilə bağlı Minsk qrupunu və onun səylərini dəstəkləyirik. Avropa İttifaqının da münaqişə ilə bağlı xüsusi nümayəndəsi Helbert Salber fəaliyyətini davam etdirir".