4 May 2017 12:33
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 3-də saat 5 radələrində DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Polis Taborunun 2 əməkdaşı - polis serjantları Rasim Şahgəldiyev və Rövşən Mirələkbərov xidmətdə olduqları vaxt Nəsimi rayonu Nizami küçəsindəki mənzillərdən birnin eyvanında (2-ci mərtəbə) olan 3 nəfər qadından birninin özünü atdığını görüblər.

Teleqraf.com DİN-in saytına istinadla xəbər verir ki, dərhal hadisə yerinə yaxınlaşan polis əməkdaşları digər qadınların özlərini atmalarının qarşısını alıb və həmin mənzilə qalxaraq qapını dəmir boru ilə açmağa cəhd göstərən Şabran rayon sakini Yaşar Əsədovu saxlayaraq 22-ci Polis Bölməsinə təhvil veriblər.

Araşdırma zamanı özünü atan qadının həmin mənzildə kirayədə yaşayan Qəbələ rayon sakini Könül Əmiraslanova olması müəyyən edilib. Xəstəxanaya yerləşdirilən K.Əmiraslanovanın vəziyyəti ağırıdır.

Faktla əlaqədar cinayət işi başlanılıb.


Müəllif:

Oxşar xəbərlər