17 May 2017 15:10
751
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Cümhuryyətinin qurucusu Mustafa Kamal Atatürkə qarşı təhqirlə bağlı istintaq yekunlaşıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, faktla bağlı saxlanılan Süleyman Yaşılyurda 2,5, Həsən Axara isə 7,5 il həbs cəzası istənilib.

Digər saxlanılanlar Mustafa Ərmağan ilə Yavuz Bahadıroğlunun isə azad olunmasına qərar verilib.

Saxlanılan şəxslərə Atatürkün xatirəsini təhqir, xalqı kin və düşmənçiliyə təhrik etmə ittihamı irəli sürülüb.

Qeyd edək ki, Mustafa Ərmağan TVNet-də yayımlanan "Dərin Tarix" verilişində Atatürk, atası, anası və mənəvi qızı Afət İnan haqqında təhqiramiz ifadələr səsləndirmişdi.

Samir


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər