Teleqraf.com İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata istinadən xəbər verir ki, müttəhimlərdən biri (Davər Həmdərd) Ərdəbilin mərkəzi həbsxanasında, üçü (Səlahəddin Şəfi Kiya, Ramazan Muxtari və Osman Həsəni) isə Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərinin mərkəzi zindanında dar ağacından asılıb.
Edam edilənlər 1 kiloqramdan 10 kiloqrama qədər müxtəlif narkotik maddələrin qaçaqmalçılığında günahlandırılıb.
Qeyd edək ki, son vaxtlar İranda edamların sayının kəskin artması, yerli və beynəlxalq hüquq-müdafiə təşkilatlarının ciddi narahatlığına səbəb olub. İran İslam Respublikası ölkədə vətəndaşlara çıxarılan ölüm hökmlərinin sayına görə dünyada Çindən sonra ikinci yeri tutur.