29 May 2017 23:30
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə “Yeni Akit” qəzetinin yayım direktoru Kadir Dəmirəl kürəkəni tərəfindən bıçaqla qətlə yetirilib.

Dəmirəl qızı Əsma Qərənfilin evində kürəkəni Cəmil Yavuz Qərənfillə mübahisə edib. Qayınatasını bıçaqlayan kürəkən daha sonra öz həyat yoldaşını da yaralayaraq hadisə yerindən qaçıb.

Əsma Qərənfil xəstəxanaya çatdırılıb. Onun durumu orta ağır kimi qiymətləndirilir.

Cəmil Yavuzun həbsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Müəllif: Ruslan Xəlil

Oxşar xəbərlər