İsrailin Qəzzaya hücumlarının davam etdiyi bir vaxtda Almaniyadan Təl-Əvivə açıq-aydın dəstək verilib.
Berlində çıxış edən Almaniya Baş naziri Angela Merkel HƏMAS-ın yeni silahlara sahib olduğunu bildirərək İsrailin özünü müdafiə etməsinə haqq qazandırıb:
“HƏMAS-ın əlində yeni silahlar var. Hücuma məruz qalan ölkənin özünü müdafiə etmək haqqı var”.
Biz İsrailin tərəfindəyik
Angela Merkel sözlərinə bunu da əlavə edib: “Sülh üçün iki tərəf də addımlar atmalıdır, amma söhbət özünümüdafiə haqqından gedirsə, biz İsrailin tərəfində olacağıq”.
Məsuliyyət HƏMAS-ın üzərindədir
Xatırladaq ki, İsrail Baş naziri Netanyahu da Qəzzaya hücumla bağlı açıqlama verib. O, bildirib ki, əməliyyatın yenidən başlamasına səbəb HƏMAS-ın atəşkəsi rədd etməsi olub: “Ordumuz terrorizmə qarşı döyüşür və HƏMAS bunun əvəzini ağır ödəyəcək. İtkilərə görə məsuliyyəti onlar daşıyır. Mənim orduya təlimatım əməliyyatı bacardığı qədər genişlətməsi istiqamətindədir. Beynəlxalq ictimaiyyət gərginliyi artıran tərəfin təkcə HƏMAS olduğunu anlayacaq. HƏMAS-ın İsrailə açılan tunelləri ancaq bombalanaraq yox edilə bilər”.
/axar.az/