Suriyanın paytaxtı Dəməşqdə partlayış baş verib.
Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, hadisə zamanı bomba ilə yüklənən avtomobil partladılıb.
Suriya dövlət kanalının yaydığı xəbərə görə, terror hücumu zamanı çoxlu sayda insan öldürülüb və yaralanıb.
Suriya rejiminin təmsilçisi deyib ki, bomba ilə yüklənən və terror törətmək məqsədilə hərəkətə keçmək istəyən daha bir avtomobil isə hüquq mühafizə orqanları tərəfindən müəyyən edərib. Əməliyyat zamanı iki terrorçu öldürülüb.
Hələlik terror hücumu zamanı ölən və yaralanan insanların sayı açıqlanmır.
***
Dəməşqin mərkəzi Təhrir meydanında baş verən partlayış nəticəsində 8 nəfər ölüb, daha 12 nəfər xəsarət alıb.