APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Xural kəndində baş verib.
Kənddə keçirilən toy məclisində aralarında yaranan mübahisə zəminində 1982-ci il təvəllüdlü kənd sakini Ağabəyov Ramik Adil oğlu həmkəndlisi Ulubəyov İlqar Aydəmir oğlunu sındırılmış şüşə butulka ilə vuraraq qətlə yetirib.
Faktla bağlı Qusar rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır.