13 İyul 2017 14:51
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son vaxtlar dəfələrlə etiraz mitinqləri keçirib və müxtəlif dövlət qurumlarına müraciət etdikdən sonra hər hansı bir nəticə ala bilməyən Ərdəbil dəmir əritmə zavodunun fəhlələri bu dəfə aclıq aksiyasına əl atıblar.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, zavodun ixtisar edilmiş təxminən 100 fəhləsi bir neçə aylıq əmək haqlarının ödənilmədiyinə etiraz olaraq Ərdəbilin Mirza Əli Əkbər məscidində aclıq aksiyası keçiriblər.

Ərdəbil prokuroru Nasir Ətəbati zavod fəhlələrinin uzun sürən problemi ilə bağlı yerli icra orqanlarının məsul şəxslərini tənqid edib:

“Ərdəbil dəmir əritmə zavodu ixtisar etdiyi təxminən 100 nəfər fəhləyə toplam olaraq 3 milyard tümən (141 min AZN) ödəməlidir. Aclıq aksiyası zamanı etirazçılardan bir neçəsinin səhhəti pisləşib. Mən şəxsən etirazçıların arasında oldum və onların problemlərini dinlədim”.

Nasir Ətəbati əlavə edib ki, problemlə əlaqədar bir neçə orqanla əlaqə saxlanılıb, sonra fəhlələrin əmək haqlarının hissə-hissə ödənilməsinə qərar verilib: “Onlara veriləcək məbləğ 3 hissəyə bölündü, birinci olaraq təxminən 850 milyard tümən (39 min AZN) ödənildi. Bundan sonra etirazçılar aclıq aksiyasını dayandırdı.”

Qeyd edək ki, Güney Azərbaycanda hökm sürən iqtisadi tənəzzül və durğunluq bir çox sənaye və istehsal müəssisəsini ciddi problemlərlə üz-üzə qoyub, hətta bir çoxunun bağlanmasına səbəb olub. Həmin müəssisələrdə çalışan işçilər əmək haqlarını vaxtı-vaxtında ala bilmir və ya ixtisar edilərək işsiz qalır.


Müəllif: Samir

Oxşar xəbərlər