14 İyul 2017 14:54
750

Çəkiliş zamanı teleaparıcı İlqar Mikayıloğlunu ilan sancıb.

Teleqraf.com xəbər verir ki, hadisə ATV telekanalının əməkdaşları Füzuli rayonunda çəkiliş apararkən baş verib.

İlqar Mikayıloğlu həmkarı Elcan Rəsulovla birgə olub.

İlqarın həyat yoldaşı Zülfiyyə Bayramova Teleqraf.com-a hazırda yolda olduqlarını və ilkin müayinədən dərhal sonra Bakıya yola düşdüklərini bildirib.


Müəllif: Könül