Yenicag.az xəbər verir ki, hadisə Füzuli küçəsində qeydə alınıb. 68 yaşlı Lüdmila Şubina idarə etdiyi Honda markalı avtomobillə Gəncədən Bakıya qonaq gəlmiş Namiq Məmmədov, həyat yoldaşı 29 yaşlı Ülkər Məmmədova və 3 yaşlı uşaqları Hüseyni vurub.
Hadisədən sonra sürücü özü yaralıları xəstəxanaya çatdırıb. Həkimlər Ülkər və oğlunun vəziyyətini ağır kimi qiymətləndirib. Namiq Məmmədov isə ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb.
Polis sürücünün ifadəsini alandan sonra onu sərbəst buraxıb. Avtomobil cərimə meydançasına yerləşdirilib.
Faktla əlaqədar araşdırmalara başlanılıb.
Qeyd edək ki, 68 yaşlı Lüdmila Şubina, 1976-cı ildə Sovet İttifaqının yığması ilə birgə Kanadanın Monreal şəhərində baş tutan XXI Yay Olimpiya Oyunlarına qatılıb. Yarışların son turunda Sovet İttifaqının yığması, Şərqi Almaniya yığmasını 14:11 hesabı ilə məğlub edib və XXI Yay Olimpiya Oyunlarının çempionu olub.