20 İyul 2017 12:44
1 811

Başına 1 milyon lirə mükafat qoyulan terrorçu Fərid Polad öldürülüb.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, PKK terror təşkilatının Qars, Ərzurum və İqdır üzrə məsul şəxsi olan “Taylan” ləqəbli Fərid Polad keçirilən əməliyyat nəticəsində öldürülüb.

Məlumat üçün deyək ki, Fərid Poladın adı Türkiyədə axtarışda olan terrorçuların siyahısında yaşıl xətlə keçirdi.

Bəlli olub ki, Fərid Polad iyulun 6-da Qarsda jandarma və təhlükəsizlik qüvvələrinin Kağızman mahalında keçirdiyi birgə hava əməliyyat zamanı öldürülən yeddi terrorçudan biri olub.


Müəllif: Cavad