21 İyul 2017 14:44
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən “Ən yaxşı rok ifaçısı” adını alan və Amerikanın məşhur rok qrupu olan "Linkin Park”ın solisti Çester Benninqton intihar edib.

Teleqraf.com xəbər verir ki, ifaçının cəsədini Kaliforniyadakı evindən tapıblar. O, özünü tavandan asıb.
Uzun illər içki və narkotik asılılığına görə müalicə alan 41 yaşlı sənətçi iki dəfə evli olub və 6 uşaq atasıdır.

Qeyd edək ki, Benninqton gitaraçı- bəstəkar “Soundgarden” qrupunun üzvü Kris Kornellə dost idi. Kris Kornell bu ilin may ayında intihar etmişdi. Yaşasaydı iyulun 20-i onun 53 yaşı olacaqdı. Maraqlısı budur ki, Benninqton məhz dostunun ad günündə özünü öldürdü.


Müəllif: Könül