23 İyul 2017 19:25
1 686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yetim Eyvaz kimi tanınan şair Eyvaz Qurbanov bu gün səhər saatlarında 65 yaşında dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, bu barədə Modern.az-a şairin yaxınları məlumat verib.


Bildirilib ki, şair ağciyər xəstəliyindən əziyyət çəkirmiş. Dünən axşam vəziyyəti yaxşı olsa da, iyulun 23-ü səhər saatlarında qəfildən halı pisləşib. Təcili olaraq Siyəzən Mərkəzi Xəstəxanasına aparılsa da, o dünyasını dəyişib.

Mərhum doğulduğu Siyəzənin Qərəh kəndində dəfn olunacaq.

Allah rəhmət eləsin!


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər