27 İyul 2017 15:19
1 348
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməninin mənim mahnımı oxuması sevindirici haldır. Burda nə var ki? Mən bunda pis bir şey görmürəm. Onun erməni olması da məni qıcıqlandırmır. Əksinə xoşdur. Demək ki, bir azərbaycanlı kimi mahnını o qədər yaxşı oxumuşam ki, hətta erməni də bunu bəyəndiyini gizlədə bilməyib. Azərbaycanlı götürüb erməninin mahnısını oxuyar? Yox! Amma gör azərbaycanlı necə oxuyubsa, erməni bunu bəyənib, oxuyub, paylaşıb.

Bu sözləri Teleqraf.com-a açıqlama verən müğənni Fəqan Səfərov deyib.

O, həmin erməninin peşəkar müğənni olmadığını bildirib:

“Həm də ki, o , elə mənim səsimin üzərində oxuyur. Götürüb erməni dilində oxusaydı qıcıqlanardım. Dərhal şikayət edərdim. Məsələ burasındadır ki, mənim oxuduğum dildə oxuyur. Həm də ki, o, müğənni deyil, sadəcə bloggerdir”.

Xatırladaq ki, erməni blogger Tamaz Avdalyan həyat yoldaşı Güleylə Moskvada avtomobildə gedərkən Fəqan Səfərov və Elbrus Canmirzəyevin “Yaralım” mahnısını dinləyə-dinləyə oxuyub və bunu videoya çəkərək, İnstaqram səhifəsində paylaşıb.


Müəllif: Könül

Oxşar xəbərlər