Azərbaycanın İspaniyadakı səfirliyi Barselonada baş verən terror aktı nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olub-olmamasını araşdırır.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.
Qeyd edək ki, Barselonada törədilmiş terror aktı nəticəsində 13 nəfər ölüb, 80 nəfər xəsarət alıb.