Paytaxtda iki ev yanıb.
Teleqrfa.com Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, Bakı şəhəri, Nəsimi rayonunda bir-birinə bitişik tikilmiş ümumi sahəsi 90 m² olan 4 otaqlı evin yanar konstruksiyaları və ümumi sahəsi 78 m² olan 3 otaqlı evin dam örtüyü 58 m² sahədə yanıb.
Yanğnın kəşfiyyatı zamanı Süleymanova Zərgül Nəriman qızının cəsədi aşkar olunub.
Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın saat 09:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.