28 Avqust 2017 21:54
1 770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanda 14 il öncə iki qadına təcavüz etməkdə ittiham edilən dini sektanın rəhbərlərindən biri, aktyor, müğənni və rejissor Qurmet Ram Rahim Sinq 20 il həbs cəzası alıb.

Teleqraf.com xəbər verir ki, məhkəmə prosesi Haryana ştatında keçirilib.

Xatırladaq ki, Ram Rahim Sinqin həbsi ölkədə iğtişaşlara səbəb olub.

Polislə qarşıdurma nəticəsində 29 nəfər ölüb, 250-dən çox şəxs yaralanıb.

Pançkula qəsəbəsində başlayan iğtişaşlar ölkənin digər bölgələrinə də yayılıb. Din xadiminin tərəfdarları hökumət binalarını, avtobusları yandırıb, polislərə xəsarət yetiriblər. Aksiyalar hər gün davam edir. Polis bölgədəki əhaliyə ehtiyac olmadığı təqdirdə küçələrə çıxmamağı məsləhət görüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər