30 Avqust 2017 14:53
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğanın may ayında Amerikaya səfəri zamanı türk səfirliyi binası qarşısında baş verən qarşıdurmanın istintaqı ABŞ-da davam edir.

Teleqraf.com xəbər verir ki, artıq istintaq prezidentin mühafizəçiləri də daxil olmaqla 19 nəfərin günahkar olduğunu müəyyən “edib”. Bu şəxslər ABŞ-a daxil olduğu təqdirdə həbs ediləcək.

BBC-nin məlumatında görə, 19 şübhəli şiddətə səbəb olduğu üçün mühakimə ediləcək. Amerika qanunlarına görə, bu cinayət 15 ilə qədər həbslə cəzalandırılır. Xəbərə görə, bəzi şübhəlilərə əlavə ittihamların irəli sürülməsi də gözlənilir.

Beləcə Ərdoğanın 15 mühafizəçisindən başqa, daha 4 nəfər ittiham olunur. Sonuncu 4 nəfər ABŞ-da yaşayan türklərdir. Nyu Cersidə yaşayan Eyyub Yıldırım, Virciniya sakini Sinan Narin artıq həbs edilib. Bu şəxslər sentyabrın 7-də məhkəməyə çıxarılacaq.

Xatırladaq ki, Prezident Ərdoğan may ayında Vaşinqtona səfəri çərçivəsində bu ölkədə yerləşən türk səfirliyinə gəlib. Bu zaman səfirliyin qarşısında PKK tərəfdarları və erməniəsilli şəxslər mitinq təşkil edərək anti-türk şüarlar səsləndirməyə başlayıb. ABŞ polisi bunu kənardan seyr etməklə kifayətlənib. Səfirliyin təhlükəsizlik xidməti və prezidentin cangüdənləri aksiyaya müdaxilə edərək onları səfirliyin qarşısından qovmağa müyəssər olub. Bu zaman terroru dəstəkləyənlərlə mühafizəçilər arasında qarşıdurmalar baş verib. Ərdoğan ABŞ səfərini başa vurduqdan sonra bu hadisə ilə bağlı cinayət işi açılıb. İndi prezidentin mühafizəçiləri ABŞ-a daxil olarsa, dərhal həbs ediləcək.


Müəllif: Cavad

Oxşar xəbərlər