4 Sentyabr 2017 15:39
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçin paytaxtı Stokholmda 9 avtomobil yandırılıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, avtomobillərin kim tərəfindən və hansı səbəbdən yandırıldığı bəlli deyil. Bununla belə, polis ərazidə özünü şübhəli aparan bir şəxsi həbs edib.

Stokholmun polis yetkilisi Karina Skagerlind deyib ki, həftə sonu olduğu üçün çoxlu sayda sakin şəhər kənarına istirahətə gedib. Hadisə də bu zaman baş verib. Onun sözlərinə görə, baş verən hadisə ilə bağlı ciddi araşdırma aparılır.


Müəllif: Cavad

Oxşar xəbərlər