Nigeriyanın Kaduna əyalətinin Təhsil, Elm və Texnologiya naziri Con Qorah qaçırılıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Nazirliyin Ali Təhsil Şöbəsinin müdir müavini Steven Harun açıqlama verib.
Onun sözlərinə görə, Qorah naməlum şəxslər tərəfindən yaşadığı evindən qaçırılıb.
Təhlükəsizlik qüvvələri Qorahı tapmaq üçün əməliyyata başlayıb.
Məlumatlara görə, cinayətkarlar nazir üçün külli miqdarda pul tələb ediblər.