Yuxarı Qarabağ Kanalında batan şəxsin meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, sentyabrın 5-də Yuxarı Qarabağ Kanalının Yevlax rayonunun Aran qəsəbəsindən keçən hissəsində batdığı bildirilən 2004-cü il təvəllüdlü Xəlilli Elşən Məhəbbət oğlunun axtarışları başa çatıb.
E.Xəlillinin meyiti FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 08:35-də başa çatıb.