8 Sentyabr 2017 22:37
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

Atlantik okeanı üzərində formalaşmış "Xose" qasırğasının gücü beş ballıq cədvəl ilə 4 bala çatıb.

Qasırğa saatda 240 kilometr sürətlə Karib hövzəsinə yaxınlaşır. Qeyd edək ki, hazırda həmin bölgədə "İrma" qasırğası tüğyan edir.

Son məlumata görə, "İrma" qasırğası nəticəsində 16 nəfər həyatını itirib.

ABŞ-ın Mayami şəhərində isə "İrma" qasırğası ilə əlaqədar hava limanında 600-ə yaxın reys təxirə salınıb.

\Trend\


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər