13 Sentyabr 2017 19:19
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada vağzallar, ticarət mərkəzləri və təhsil ocaqlarından minlərlə insan təcili təxliyyə edilib.

Teleqraf.com xəbər verir ki, buna səbəb anonim zəng olub. Bomba xəbərdarlığından sonra paytaxt polisi 23 obyektdə axtarışa başlayıb.

Ötən gün də naməlum şəxs anonim zənglə Moskvada bir neçə binaya bomba qoyulması barədə polisə məlumat vermişdi və 45 min insan təxliyyə edilmişdi. Həmçinin 17 şəhərdə 190 binada axtarışlar aparılmışdı.


Müəllif: Teleqraf.com