13 Sentyabr 2017 23:13
2 586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan vətəndaşı elmi konfrans adı ilə türkiyəlilər üçün Ukraynaya seks-tur təşkil edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Dneprepetrovsk vilayətinin yerli polisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərə görə, xarici vətəndaşları Xarkov hava limanında qarşılayıb Dneprə aparıblar. İnsan alverinə qarşı mübarizə idarəsinin rəis müavini Roman Zaxarovun sözlərinə görə, “müştəri”lərin istəyi ilə qızlar kişilərin seçim etməsi üçün əvvəlcədən müəyyənləşmiş məkana gətirilib.

Turun dəyərinin bir neçə min dollar təşkil etdiyi bildirilir. Seks-tur xidmətindən istifadə edən Türkiyə vətəndaşlarının, adətən, Ukraynaya istirahət günlərində dincəlməyə gəldiyi qeyd olunub. Adı açıqlanmayan tur təşkilatçısının saxlanıldığı və barəsində cinayət işi açıldığı bildirilir.


Müəllif: Kəmalə

Oxşar xəbərlər