14 Sentyabr 2017 00:28
1 202
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının sərnişin avtobuslarında xoşagəlməz hal yaşanıb.

Teleqraf.com xəbər verir ki, hadisə şahidlərinin "criminal.az" saytına verdiyi məlumata görə, 18 saylı sərnişin avtobusunun sürücüsü ilə xanm sərnişin arasında mübahisə düşüb. Sürücü isə qadını ağır sözlərlə təhqir edib.

Mübahisəyə səbəb metronun ''Elmlər Akademiyası'' stansiyası yaxınlığındakı dayanacaqda sürücünün avtobusa minmək istəyən yaşlı sərnişini təhlükəyə atması olub. Sərnişin avtobusa minmək istəyərkən qəflətən qapılar bağlanıb. Buna görə avtobusda olan sərnişinlər sürücüyə iradını bildirib. Sürücü isə cavabında sərnişinləri təhqir edib.

Həmin mənzərənin videogorüntülərini təqdim edirik.


Müəllif: Teleqraf.com