17 Sentyabr 2017 19:42
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın şimal-qərbində Navaqay yaşayış sahəsində yol kənarında məsafədən idarə olunan bomba partladılıb.

Teleqraf.com-un Rusiya KİV-inə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində azı 5 nəfər həlak olub.

Məlumata əsasən, təhlükəsizlik xidməti əməkdaşları ərazini mühasirəyə alıblar və terrorçuların axtarışına başlayıblar. Hələlik heç bir qruplaşma partlayışa görə məsuliyyəti üzərinə götürməyib.


Müəllif: Teleqraf.com