22:59
Meksikanın cənubunda dəhşətli zəlzələ baş verib.
Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, zəlzələ paytaxt Mexikoda da hiss olunub.
Rusiya səfirliyinin yerləşdiyi küçədə təkcə göydələnlər deyil, az mərtəbəli binalar belə silkələnib. Mağazalarda mal dolu rəflər aşıb. Yaxınlıqdakı ofis, restoran və "Soriana" hipermarketindən insanlar təxliyyə edilib.
Paytaxtda hamının küçəyə axışdığı və təşviş içərisində olduğu bildirilir.
Xose Vaskonselos prospektində və digər böyük küçələrdə hərəkət dayanıb, böyük tıxaclar yaranıb.
***
23:07
Teleqraf.com "İndependent"ə istinadən xəbər verir ki, ABŞ Geologiya xidməti zəlzələnin 7.1 bal gücündə olduğunu bildirib.
***
00:38
Meksikanın Puebl ştatının paytaxt meri Luis Bank Serrato bildirib ki, güclü zəlzələdən sonra ən azı 3 nəfər həlak olub.
Teleqraf.com "RİA Novosti"yə istinadən bildirir ki, itkilərin sayının artacağı gözlənilir. Morelos ştatının qubernatoru isə bildirib ki, zəlzələ nəticəsində bu ştatda ən azı 42 nəfər həlak olub. Yüzlərlə adamın yaralandığı bildirilir.
***
09:37
Meksikada baş verən 7,1 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 149-a çatıb.
Bununla bağlı Meksikanın Səhiyyə Nazirliyi məlumat verib.
Bildirilib ki, ölənlərdən 30-u azyaşlıdır. Onlardan 22-nin cəsədi paytaxt Mexikoda uçmuş məktəbin dağıntıları altından çıxarılıb.
Məlumatlara görə, dağıntılar altında onlarla insan qalıb. Rəsmilər ölü sayının artacağını istisna etmir.
Bu arada, güclü zəlzələdən sonra ölkənin müxtəlif yerlərində 4-5 bal gücündə yeni yeraltı təkanlar qeydə alınıb.
***
10:11
Meksikada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 226-a çatıb.
Bununla bağlı Meksika fövqəladə hallar xidmətinin rəhbəri Luis Felipe Puente məlumat verib:
“Morelosda 55, Mexikoda 117, Puebledə 39, Edomeksedə 12, Qerreroda isə 3 nəfər həlak olub”.
***
Meksikada baş verən 7,1 bal gücündə dəhşətli zəlzələ nəticəsində ölü sayı artmaqdadır.
Meksika fövqəladə hallar idarəsinin rəisi Luis Felipe Puente Tvitter hesabında yeni məlumatlar paylaşıb.
O bildirib ki, artıq ölənlərin sayı 250-ə çatıb.