20 Sentyabr 2017 00:21
1 657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksikanın cənubunda baş verən güclü zəlzələdən sonra paytaxt Mexikodakı binalarda çoxsaylı qaz sızmaları baş verib.

Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 18.14-də (Bakı vaxtı ilə 22.14-də) qeydə alınıb. Zəlzələnin episentri Puebla-de-Saraqosa şhərindən 49 km aralıda yerləşir. Zəlzələnin ocağı yerin 60 km dərinliyindədir.

Zəlzələ nəticəsində paytaxt Mexikoda onlarla bina tamamilə dağılıb. Mexikonun Benito Xuares adına aeroportu işini dayandırıb, prospekt və yollar bağlanıb.


Müəllif: Nahid

Oxşar xəbərlər