25 Sentyabr 2017 14:32
1 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-cı ildə Hollivudun qərbində 2 aylıq qızının gözləri qarşısında öldürülən model İana Kasianın qətli ilə bağlı dəhşətli detallar ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, əvvəlcə manikenin ölümünə səbəb kimi qan itkisi və baş nahiyəsinə ağır zərbənin vurulması göstərilmişdi.

Qətllə bağlı yeni hesabatda isə müdhiş detallar açıqlanıb. Məlum olub ki, manikenin baş dərisi soyulub, qulağı kəsilib, bədənindəki qanı bütünlüklə yerə axıdılıb, çənə hissəsində diş izləri müəyyən olunub.

Amansız qətldə manikenin sevgilisi və körpəsinin atası Blake Leibel günahkar bilinir.

Leibeli kino rejissorudur və cizgi filmləri üçün roman yazır. Onun “Sindrom” adlı kitabında boğaz kəsən, qurbanlarının qanını axıdan qatildən bəhs olunur.

Blake Leibel özü barəsindəki iddiaları rədd edir.

Ancaq İana Kasianın qətlində iştirak etdiyi sübut olunarsa, onu edam cəzası gözləyəcək.


Müəllif: Cavad

Oxşar xəbərlər