Şən və Hazırcavablar Klubunun (ŞHK) təsisçilərindən biri olan şair və yazıçı Andrey Menşikov 72 yaşında Moskvada dünyasını dəyişib.
Bu barədə mərhumun ailə üzvlərinə istinadən "İnterfax" məlumat yayıb.
Menşikov 1960-cı illərdə ŞHK-nın mənbəyində duran şəxslərdən biri olub, Moskva İnşaat Mühəndisləri İnstitutunun komandasına rəhbərlik edib.
Qeyd olunur ki, o, 1986-cı ildə ŞHK-nın yenidən dirçəldilməsinin təşəbbüskarlarından biri olub. Menşikov yüzdən çox mahnı və şeirin müəllifidir. O, uzun müddət Sovet və Rusiya televiziyasında işləyib./report/