22:59
Şəkidə 22 yaşlı gəlin evdən qaçıb.
Hadisə oktyabrın 31-i Şəkidə, Öyrət kəndində baş verib. Şəki sakini Amənti Əlimərdanova noyabrın 1-də polis şöbəsinə gəlini Günəş Əlimərdanovanın itkin düşməsi ilə bağlı müraciət edib.
Sonradan məlum olub ki, 2 uşaq anası olan gəlin gecə saatlarında evi tərk edib. Bunu həyat yoldaşı Nəsir Əlimərdanov ağlayan uşağın səsinə oyananda bilib. Kənddə öz traktoru ilə təsərrüfat işləri görüb ailəsini dolandıran Nəsir həm gəlinin, həm də özünün valideynlərinə xəbər verərək bildirib ki, həyat yoldaşı Günəş uşaqları evdə qoyaraq qaçıb.
O, ərinin cibindən 20 manat pul və sənədlərini götürərək evi tərk edib. Ailə üzvlərinin sözlərinə görə, ailədə tez-tez söz-söhbət olub və gəlin əvvəllər də bir necə dəfə evdən gedib. Hər dəfə də atasıgildə 2-3 ay qalıb. Bu dəfə gəlindən heç kimin xəbəri olmadığı üçün onun valideynləri də təşvişə düşüblər.
İndi onun 4 yaşlı qızı Gülay və yaş yarımlıq olan oğlu Tunara oğlanın valideynləri baxır.
***
Gəlin tapılıb, anasıgildədir.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Günəş Əlimərdanovanın qayınanası Amənti Əlimərdanova bildirib.
Onun sözlərinə görə, yoldaşı Nəsir Əlimərdanov dünən gecə də qayınansıgilə gedib, ancaq orda olmadığını deyiblər:
“Bilmirəm niyə deyiblər ki, burda yoxdu. Gəlin acıq edib, gedib. Qudamdan soruşacam ki, görüm niyə aləmi bir-birnə vurub. Ondan şikayət edəcəm”.
Qeyd edək ki, oktyabrın 31-i Şəkidə, Öyrət kənd sakini Amənti Əlimərdanova noyabrın 1-də polis şöbəsinə gəlini Günəş Əlimərdanovanın itkin düşməsi ilə bağlı müraciət etmişdi.