4 Noyabr 2017 14:10
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da növbəti terror hadisəsi baş verib. Silahlı şəxs gecə barına daxil olaraq qarşısına çıxan insanlara atəş açıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə ABŞ-ın Kaliforniya ştatında baş verib.

Silahlı şəxs Santa Monika şəhərində bara daxil olub və insanlara atəş açmağa başlayıb. Hadisədən sonra bir çox gecə klubları təhlükəsizlik səbəbindən bağlanıb.

Hadisənin səbəbi, hücum zamanı ölən və yaralıların barəsində hər hansı məlumat yoxdur.

İki gün əvvəl ABŞ-ın Kolaroda ştatında supermarketlərin birinə də silahlı hücum olmuşdu.


Müəllif: Cavad

Oxşar xəbərlər