4 Noyabr 2017 21:21
2 933
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Yeşim Salkım 16 ildən sonra keçmiş həyat yoldaşı Hakan Uzanın məşhur türkiyəli müğənni Gülbən Ərgənlə oteldə sevişərkən girov götürüldüyü xəbərini təsdiqləyə bilib.

Teleqraf.com-un Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, Yeşim Salkım bunu Türkiyə TV-lərindən birində canlı yayıma telefon bağlantısı zamanı deyib: “Evdə anamla oturub, televizora baxırdım. Bu zaman xəbərlərdə əməliyyat keçirildiyini və oteldə bəzi insanların girov götürüldyünü öyrəndim.

Bu vaxt bir bələdiyyə sədri mobil telefonuma zəng etdi və mənə dedi ki, ərin məşhur müğənni ilə yataqdaykən girov götürülüb. Həmin qadın Gülbən idi”.

Bundan öncə 2 dəfə evlənib-boşanan Gülbən Ərgən hazırda evli bir iş adamı Tolga Duğləslə sevgilidir.


Müəllif: Aytən Yaşar

Oxşar xəbərlər