Bu gün Gürcüstanın Batumi şəhərinin Qara dəniz sahillərində Azərbaycan və Ukraynadan olan iki turist deltaplanla dənizə düşüb.
Teleqraf.com rus mәtbuatına istinadәn xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
Verilәn mәlumata әsasәn, uçan aparat havaya qalxıb, lakin dәrhal sonra dənizə düşüb. Xilasedicilər yedək qurğu vasitəsi ilə aparatı taparaq iki turisti xilas edә biliblәr.
Aparat dənizə 15 metr hündürlükdən Batumi yaxt-klubu yaxınlığında düşüb.