6 Noyabr 2017 11:54
1 273
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanının şahzadəsi Mansur bin Mukrinin və 8 yüksək vəzifəli məmurun olduğu vertolyotu vurmaq üçün Yəməndəki husilərin atdığı raketin görüntüləri yayımlanıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, videoda raket buraxılmazdan əvvəl husilərin təkbir gətirməsi eşidilir.

Raket bruaxıldıqdan sonra isə silahlılar “İsrailə ölüm, Amerikaya ölüm” şüarını səsləndiriblər.

Bu arada Misir mediası Səudiyyədəki bu olayla bağlı yeni iddia ortaya atıb. Bildirilib ki, hadisə zamanı bir deyil, iki helikopter partladılıb.

Raketin buraxılma görüntülərini təqdim edirik:


Müəllif: Samir

Oxşar xəbərlər