İraq ordusu İŞİD terror təşkilatının nəzarətindəki son bölgə sayılan Ravanı azad edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı İraq ordusunun nümayəndəsi məlumat verib.
Bölgəyə hücum 3 istiqamətdən aparılıb. Döyüşlər zamanı çox sayda terrorçu öldürülüb.
Qeyd edək ki, Rava 2014-cü ildən İŞİD-in nəzarətindədir.