20 Noyabr 2017 09:20
4 446
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu həftə Amsterdam aeroportundan uçan Boinq qəfildən güclü ildırım dalğasının mərkəzinə düşdü. Bu qədər güclü ildırımın təyyarəyə heç bir ziyan verməməsi hamıda təəccüb doğurdu.

Teleqraf.com xəbər verir ki, rəsmi ekspertlər burada qeyri-adi bir şey olmadığını iddia etsə də, heç kəsin burnunun belə qanamaması hamıda haqlı suallar doğurub.

Birincisi, istənilən ildırım təyyarəni sıradan çıxara bilər ki, bundan da əsas ziyanı sərnişinlər çəkir. İkincisi isə konspiroloqlar iddia edir ki, bu gücdə ildırıma təyyarənin dözməsi az qala mümkün deyil və ən qəribəsi də elə budur. Bu zaman sual yaranır: bu, ildırım olubmu?

İncələmələrdən sonra təyyarənin uçuşa hazırlaşdığı məqamda səmadan son dərəcə sürətlə dairəvi uçan aparatın keçdiyi görünür. Onu nə drona, nə quşa bənzətmək olar.

Maraqlıdır: onlar aerodromda nə gəzir və niyə məhz onların peyda olmasından lap az sonra təyyarəni dəhşətli ildırım vurur, təyyarə isə heç nə olmamış kimi uçuşuna davam edir?

Ufoloqlara görə, bu hadisənin arxasında yadplanetlilərin videoya yaxalanan həmin fantastik uçuş aparatı durur. Onlar iki ehtimal irəli sürür:

- Yadplanetlilər hansısa şəkildə baş verəcək faciəni “görərək”, ildırımı zərərsizləşdirərək, fəlakətin qarşısını alıblar;

- Bu, qətiyyən ildırım olmayıb, Stiven Kinqin “Lanqolyerlər” romanında da təsvir etdiyi zaman-məkan keçidinin təzahürü olub. Kimsənin xəsasərət almaması hələ heç nəyin baş verməməsi demək deyil. Kim deyə bilər ki, həmin an onlar hansı tapşırığı icra ediblər, məsələn, yadplanetlilər istənilən sərnişinin yerinə “özlərinkini” oturda bilər, bu təyyarədə uçan hər kəsə öz çiplərini yerləşdirə, sərnişinlərdən, yaxud “qara qutu”dan hansısa gərəkli informasiyanı götürə və ya bütövlükdə Boinqi öz sərnişinləri ilə birgə kopyalayıb ulduz sistemindəki planetlərdən birinə oturda bilərdilər.

Lakin ufoloqlar əmin edir ki, onların məqsədi heç də bədniyyətli olmayıb. Bunun isbatı kimi isə yadplanetlilərin dəfələrlə dünyada nüvə mühairəbisinin qarşısını almasını göstərirlər…


Müəllif: Alpər Cəbrayıl