26 Noyabr 2017 19:12
968
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin səhiyyə naziri, Yəhudi Birləşmiş Tövrat Partiyasının sədri Yaakov Litzman istefaya gedib.

Teleqraf.com xəbər verir ki, İsrailin Kanal 2 Televiziyasının xəbərinə görə, baş nazir Netanyahu və Likud Partiyası Litzmanın istefasından məmnun qalıb. Və hesab edib ki, bu istefanın 6 partiyanın qurduğu koalisiya hökumətinin fəaliyyətinə hər hansı problem yaratmayacaq.

İsrail mediası isə iddia edir ki, səhiyyə naziri Litzman ətrafında yaranan böhranla bağlı baş nazir Binyamin Netanyahu ilə üçüncü şəxslər vasitəçilərlə apardığı danışıqlar nəticə verməyib. Sonda İsrail Knessetində keçirilən toplantı zamanı səhiyyə naziri istefa verdiyini bildirib.


Müəllif: Cavad

Oxşar xəbərlər