Aralıq dənizində 3.9 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com xəbər verir ki, zəlzələnin episentri Antalya vilayətinin Qumluca şəhərindən 197 km məsafədə yerləşib.
Zəlzələ yerli vaxtla 12:51-də baş verib. Onun ocağı 8.6 km dərinlikdə yerləşib.