İsveçrədə sürətli qatarın bir neçə vaqonu relsdən çıxıb.
Teleqraf.com "RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə ölkənin Bazel şəhərində qeydə alınıb.
Almaniyanın "Deutsche Bahn" dəmiryolu konserninin məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Relsdən qatarın üç orta vaqonu çıxıb. Vaqonlardan biri restoran olub. Hadisə Bazelin SBB vağzalına giriş zamanı baş verib. İnsidentin səbəbləri məlum deyil.