14:47
Bakıda intihar hadisəsi baş verib.
Teleqraf.com APA-ya istinadla xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini Qulu Quliyev yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.
Faktla bağlı Suraxanı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Qulu Quliyevin Bakının Yasamal rayonu ərazisində yerləşən və "Şüşəli bazar" kimi tanınan ticarət mərkəzinin keçmiş sahibi olduğu bildirilir.
***
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Publika.az-a açıqlamasında "Şüşəli bazar" kimi tanınan ticarət mərkəzinin keçmiş sahibi Qulu Quliyevin yaşadığı evdə özünü asaraq öldürməsi faktını təsdiqləyib.
Eldar Sultanov hadisə ilə bağlı məlumat veriləcəyini qeyd edib: “Şəxs öz evində intihar edib. Hadisə ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başladılıb. İntiharın səbəbləri dəqiqləşdirildikdən sonra bu barədə məlumat veriləcək”.