7 Dekabr 2017 12:40
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda hərbçilər yol qəzasına düşüb.

Teleqraf.com Nyus.am-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında Vanadzor-Cilijan avtomobil yolunda “Ford” markalı avtomobil elektrik dirəyinə çırpılıb.

Hadisə nəticəsində iki hərbçi ağır yaralanıb.

Yaralılar xətəxanaya yerləşdirilib. Sürücünün vəziyyətinin orta ağır, sərnişinin isə ağır olduğu bildirilib.

Məlumata görə, sürücü Vanadzor Hərbi Komissarlığında işləyir.

***

“Ford” markalı avtomobilin elektrik dirəyinə çırpılması nəticəsində, avtomobildə olan hərbçilərdən biri ölüb.

Hadisəyə şaxtalı hava nəticəsində yolların buz bağlaması səbəb olub.


Müəllif: Samir