Kanadanın Britaniya Kolumbiyası vilayətinin Delta şəhərindəki fermer təsərrüfatların birində dəm qazından zəhərlənən 40-dan çox insan xəstəxanaya yerləşdirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Yerli səhiyyə müəssisəsinin məlumatına görə, xəstəxanaya 42 nəfər yerləşdirilib. Onlardan 10-un vəziyyəti ağırdır.
İlkin məlumata görə, kütləvi zəhərlənməyə səbəb istixananın yuyulması üçün nəzərdə tutulan cihazın qaz mühərrikinin sıradan çıxması olub. İstixanada 20 ildən çoxdur pomidor, xiyar və bibər yetişdirilir.