Təbrizli araşdırmaçı-alim Əhmədrza Calali haqda çıxarılan edam hökmü İranın Ali Məhkəməsi tərəfindən təsdiqlənib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Əhmədrza Calalinin vəkili Dəbir Dəryabeygi artıq təsdiq edilmiş edam hökmünü müvəkkilinin anasına göstərib.
Hakim Abbas Cəfəri Dolətabadi Əhmədrza Calalini Mossad Kəşfiyyat Xidmətinə casusluqda ittiham edərək, bu qərarı çıxarıb. Alimin özü, ailəsi və vəkilləri bu ittihamı qətiyyətlə rədd edir.