Ukrayna baş nazirinin köməkçisi Stanislav Yejov həbs edilib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, ona qarşı Rusiyaya casusluq ittihamı irəli sürülüb.
Ukrayna Baş naziri Vladimir Qroysman məsələni şərh edib:
“Onun uzun müddət Rusiyaya işlədiyi məlum olub. Xüsusi xidmət orqanlarına təşəkkür edirəm”.
Sosial şəbəkədə Yejovun saxlanılma görüntüləri yayılıb.