Bu gün səhər saatlarında Neftçala rayonunda 32 yaşlı kişi meyxanaçı özünü öldürüb.
Teleqraf.com xəbər verir ki, Bankə qəsəbəsinin sakini 1985-ci il təvəllüdlü Şaban Gülmirzə oğlu Hüseynov özünü yandıraraq intihar edib.
Bildirildiyinə görə, əvvəllər o, psixi problemlərinə görə xəstəxanada müalicə alıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, Ş.Hüseynov meyxanaçı Şaban kimi tanınıb.