Türkiyənin paytaxtı Ankara sübh saatlarında silahlı insident baş verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, şəhərin Mamak rayonunda 3 naməlum şəxs kafeyə silahlı hücum təşkil edib.
Hücum zamanı 1 nəfər həlak olub, 4 nəfər yaralanıb.
Hadisənin səbəbləri məlum deyil. Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara çatdırılıb.