4 Yanvar 2018 11:14
1 822
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:48

Yeni il gecəsi Rusiyanın Suriyadakı Xmeymim hərbi bazasına hücum olub.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Rusiyanın “Kommersant” qəzeti məlumat yayıb.

Bildirilib ki, toplardan açılan atəş nəticəsində bazadakı 7 qırıcı yararsız hala düşüb.

Hücum zamanı rus əsgərlər arasında ölən və yaralananların olması ilə bağlı məlumat yoxdur.

Məsələ ilə bağlı Rusiya Müdafiə Nazirliyi heç bir açıqlama verməyib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi dünən yaydığı məlumatda dekabrın 31-də Suriyada rus helikopterinin nasazlıq səbəbindən qəzaya uğradığını və 2 pilotun öldüyünü açıqlamışdı.

***

Rusiya Müdafiə Nazirliyi Xmeymim aviabazasının terrorçular tərəfindən atəşə tutulması xəbəri ilə yayılan informasiyaları təsdiqləyib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, nazirlik məlumatda hücumun minaatanlarla edildiyini bildirib.

Hadisə zamanı 2 rusiyalı hərbçi həlak olub.


Müəllif: Samir

Oxşar xəbərlər